Prezident Mənzil Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alına biləcək.
Qeyd edək ki, Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri təqdim edilir.