Milli Məclis nümayəndə heyəti Gürcüstana rəsmi səfər edib

Agah.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib.
Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır.