ANAMA 2024-cü il maliyyə auditi üçün tender elan edib

Agah.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 59 manat təşkil edir. İddiaçılar təkliflərini aprelin 10-dək ANAMA-nın Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim etməlidirlər. Təkliflər həmin gün saat 17:00-da qeyd olunan ünvanda qiymətləndiriləcək.
Qeyd edək ki, ötən il keçirilən analoji tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub və şirkətə 29,5 min manat ödənilib.