Martın 11-də ölkə ərazisində hava proqnozu açıqlanıb

Agah.az məlumat verir ki, Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraiti dəyişkən buludlu, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcək. Bəzi ərazilərdə duman müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək.
Gecə temperatur 3-6° isti, gündüz isə 10-15° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək – 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz isə 60-65 % arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi ərazilərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Gecə saatlarında temperatur 3-7° isti, gündüz isə 17-22° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 8-13° isti proqnozlaşdırılır.