Xətai və Qaradağ rayonlarında oğurluq edənlər saxlanıldı

Xətai və Qaradağ rayonlarında oğurluq edənlər saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xətai rayonunda yerləşən avtoyuma məntəqələrinin birindən 800 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı A. Şükürov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Qaradağ rayonu ərazində isə yarımtikilidən 500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 25 yaşlı T. İbrahimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Bakı, oğurluq, polis, saxlanılma, pul, tikinti materialları.

Dostuna göndər xəbərdən agah olsun: