Sumqayıtda Binadan Yıxıldığı Deyilən 17 Yaşlı Gənc İntihar Edibmiş

Agah.az xəbər verir ki, Sumqayıtda binadan yıxılaraq həlak olan 17 yaşlı gəncin intihar etdiyi məlum olub. İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş versə də, sonradan gəncin özünə qəsd etdiyi təsdiqlənib.
Martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini, 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb. O, hadisə yerində keçinib.
İntiharın səbəbi hələlik məlum deyil. Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.
Açar sözlər: Sumqayıt, intihar, gənc, ölüm, bina, faciə, prokurorluq.