Xaçmazda Polis Əməliyyatı: Oğurluq Dəstəsi Zərərsizləşdirildi

Xaçmazda Polis Əməliyyatı: Oğurluq Dəstəsi Zərərsizləşdirildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksesuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər: Xaçmaz, polis, əməliyyat, oğurluq, cinayət, həbs, dəstə.

Dostuna göndər xəbərdən agah olsun: