Sumqayıt-Bakı yolunda yük maşını dəhşətli qəza törədib – ANBAAN VİDEO

Agah.az xəbər verir ki, Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə martın 9-u, saat 12:45-də Bakı-Quba yolunun Bakı istiqamətinin 15-ci kilometrliyində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyevin verdiyi məlumata görə, “Mercedes-Benz Actros” markalı yük avtomobilinin sürücüsü manevr etmə qaydalarını kobud şəkildə pozaraq, “Changan” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət və ölüm halı qeydə alınmayıb.
Hadisənin baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün ötmə qaydasını edərkən kobud səhvə yol verib. Belə ki, eyni istiqamətli yolda hərəkət edən minik avtomobili yük avtomobilini sağdan ötməyə çalışıb. Bu zaman o, yük maşınının sürücüsünün kor nöqtəsinə düşüb və nəticədə yük avtomobili minik maşınına çırpılıb. Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Sumqayıt, Bakı, qəza, yol-nəqliyyat hadisəsi, yük maşını, minik avtomobili, yol polisi.