İsmayıllıda 3,7 maqnitudalı zəlzələ baş verib

Agah.az xəbər verir ki, İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Pirqulu stansiyasından 15 km şimal-qərbdə baş verib. Yerli vaxtla saat 04:01-də qeydə alınan yeraltı təkanların ocağı 43 km dərinlikdə yerləşib.