Lerikdə 4 maqnitudalı zəlzələ baş verib

Lerikdə 4 maqnitudalı zəlzələ baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Yardımlı seysmoloji stansiyasından 11 km cənub-qərbdə, Lerik ərazisində baş verib. Zəlzələ episentrdə 4 bala, Lerik, Yardımlı və digər rayonlarda isə 3-4 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb və ocağı 15 km dərinlikdə yerləşib.

Dostuna göndər xəbərdən agah olsun: