Hakan Fidan iranlı həmkarı ilə görüşüb

Agah.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 8-də Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Görüşdə iki ölkə arasında mövcud problemlər müzakirə olunub. Qeyd edək ki, son günlər Türkiyənin Tehrandakı və İranın Ankaradakı diplomatik missiyalarının rəhbərləri müvafiq olaraq bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb.