Prezident İlham Əliyev 11 kəndi birləşdirən yolların təmiri üçün vəsait ayırdı

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə vəsaitin ayrılması barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun yenilənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat vəsait ayrılacaq.