İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alındı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İrandan Azərbaycana 42 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Martın 5-də saat 20:55-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək və 100 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: