Azərbaycanda hava nəqliyyatında pozuntulara görə cərimələr artırılır

Azərbaycanda hava nəqliyyatında pozuntulara görə cərimələr artırılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, hava nəqliyyatında yol verilən pozuntulara görə cərimələri artırmağı nəzərdə tutan layihəni birinci oxunuşda qəbul edib.

Dəyişikliklərə əsasən, icazəsiz uçuşlar həyata keçirən fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 10 min manat məbləğində cərimələnəcək. Kommersiya uçuşlarında təhlükəsizlik qaydalarına əməl olunmaması və qəza şəraitinin imitasiyası hallarına görə cərimələr 4 min manatdan 20 min manata qədər artırılıb.

Hava gəmisinin istismarçıları və aerodrom rəhbərliyi tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 6 min manat, hüquqi şəxslər isə 10 min manatadək cərimələnəcək.

Bundan əlavə, uçuş qeydlərinin qorunmaması, heyət üzvlərinin uçuşdan əvvəl alkoqollu içki və ya narkotik vasitələr qəbul etməsi, hava gəmilərinin yoxlanılması qaydalarının pozulması və digər hallar üzrə də cərimələr ciddi şəkildə artırılıb.

Qeyd edək ki, dəyişikliklər Azərbaycanın hava məkanında təhlükəsizliyi təmin etmək və “Aviasiya haqqında” yeni qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Dostuna göndər xəbərdən agah olsun: