Bakının üç rayonunda qaz təchizatında fasilə olacaq

Agah.az xəbər verir ki, martın 7-də saat 10:00-dan etibarən Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə Xətai rayonunda M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonunda isə “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşməsi ilə əlaqədardır.
Bu müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər rayonunun isə Türkan “Üzümçülük” və “Bağlar” yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.