Sumqayıtda reabilitasiya mərkəzində baş verən yanğın söndürüldü

Agah.az xəbər verir ki, Sumqayıt şəhərində yerləşən reabilitasiya mərkəzində baş verən yanğın tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində başlayan yanğının digər mərtəbələrə yayılmasının qarşısı alınıb. Hadisə zamanı 540 kv.m-lik tikilinin 3-cü mərtəbəsində 180 kv.m sahə və əşyalar yanıb.
Məlumata əsasən, yanğının baş verdiyi bina narkotik asılılığından əziyyət çəkən şəxslər üçün reabilitasiya mərkəzi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğının səbəbləri araşdırılır.
Açar sözlər: Sumqayıt, reabilitasiya mərkəzi, yanğın, Fövqəladə Hallar Nazirliyi, xəsarət alan olmayıb.