İsrailin yeni Baş Qərargah rəisi: “2025-ci il İrana qarşı müharibə ili olacaq”

Agah.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) yeni Baş Qərargah rəisi Eyal Zamir 2025-ci ili Qəzza və İrana qarşı müharibə ili elan edib.
“The Jerusalem Post” qəzetinə istinadən yayılan məlumata görə, Zamir ali hərbi komandanlığa bildirib ki, İsrail Silahlı Qüvvələri digər cəbhələrə də diqqət ayıracaq və “qələbə” konsepsiyasını prioritet olaraq götürəcək.
Qeyd edək ki, martın 5-də Eyal Zamir rəsmi olaraq İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib və ona general-leytenant rütbəsi verilib.
Açar sözlər: İsrail, Eyal Zamir, Baş Qərargah rəisi, İrana qarşı müharibə, Qəzza, SAXAL, İsrail Müdafiə Ordusu.