Bakı-Quba-Rusiya yolu üzrə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya yolu üzrə hərəkət qismən məhdudlaşdırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 8-də saat 10:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, məhdudiyyət yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədardır və təmir tamamlananadək qüvvədə qalacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, bu müddət ərzində sözügedən hissədə ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarına və hərəkət qaydalarına əməl etmələri xahiş olunur.

Dostuna göndər xəbərdən agah olsun: