301 nömrəli məktəbdə direktorun müəllimlərə qarşı davranışı araşdırılır

301 nömrəli məktəbdə direktorun müəllimlərə qarşı davranışı araşdırılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbdə direktorun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı faktlar üzrə araşdırmalar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və idarənin nümayəndələri məktəbdə olub, pedaqoji heyətlə görüş keçiriblər.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini iddia ediblər.

Dostuna göndər xəbərdən agah olsun: