Martın 7-də hava şəraiti necə olacaq?

Agah.az məlumat verir ki, martın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz isə 12-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz isə 50-55 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6°, gündüz 13-18° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.