Bakıda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Bakıda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Məhkəmə Kompleksində keçirilir. Prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.

Ötən iclasda təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Levon Mnatsakanyan və Vasili Beqlaryan ifadə veriblər.

Onlar Ermənistanın dövlət qurumları, silahlı qüvvələri və işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən ölkəmizə qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibə aparmaq, soyqırımı törətmək, əhalini məcburi köçürmək, işgəncə və hərbi soyğunçuluq kimi ağır cinayətlərdə ittiham olunurlar.

Məhkəmə qarşısına çıxarılan 15 nəfər – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Manukyan, Davit Babayan, Levon Mnatsakanyan, Vasili Beqlaryan, Erik Qazaryan, Davit Allahverdiyan, Qurgen Stepanyan, Levon Balayan, Madat Babayan, Qarik Martirosyan və Melikset Paşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən təcavüzkar müharibənin planlaşdırılması, soyqırımı, terrorçuluq, işgəncə, qəsdən adam öldürmə və qanunsuz silahlı birləşmələrin yaradılması kimi ittihamlarla mühakimə olunurlar.

Məhkəmə prosesi davam edir.

Dostuna göndər xəbərdən agah olsun: