Meksikada yük maşınının aşması nəticəsində 10 nəfər ölüb

Dostuna göndər xəbərdən agah olsun:

Meksikanın Çiyapas ştatında yük maşınının aşması nəticəsində 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “El Universal” qəzeti mülki müdafiə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində dördü azyaşlı olmaqla daha 15 nəfər xəsarət alıb.

Miqrantları daşıyan yük maşınının aşmasının səbəbləri müəyyən edilməyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)