Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat: 35 kiloqram marixuana aşkarlandı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat: 35 kiloqram marixuana aşkarlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində həyata keçirilib. Bir neçə gün davam edən tədbirlər nəticəsində 29 yaşlı Ruslan Hüseynov saxlanılıb. Onun avtomobilindən tərkibinə zərərli maddələr əlavə edilmiş 35 kiloqram marixuana aşkarlanıb.

R.Hüseynov ifadəsində narkotik vasitələri İran vətəndaşının vasitəsilə Füzuli rayonu ərazisindən götürdüyünü və gəlir əldə etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam edir.

Dostuna göndər xəbərdən agah olsun: