Hüquq və İnsan Haqları İnstitutu maliyyə auditi üçün şirkət seçib

Agah.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu 2024-cü il maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun nəticələrini açıqlayıb.
Dövlət satınalmalarının vahid internet portalına əsasən, sorğunun qalibi “Financial Reporting Center” MMC olub. Şirkətə bu xidmət üçün 1 416 manat ödəniləcək.
Qeyd edək ki, ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub və ona 3 min manat ödənilib.