Anasının işgəncə verdiyi azyaşlı sığınacağa yerləşdirilib

Agah.az xəbər verir ki, anasının fiziki və psixoloji işgəncəsinə məruz qalan azyaşlı hüquq-mühafizə orqanları və Suraxanı Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın birgə qərarı ilə sığınacağa yerləşdirilib.
Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib.
Qeyd olunub ki, azyaşlının yalnız anası barədə informasiya var, atası ilə bağlı heç bir məlumat yoxdur.
Xatırladaq ki, sosial şəbəkələrdə ananın azyaşlıya işgəncə verdiyi görüntülər yayılıb. Ana Fatimə Ramazanova uşağı döydüyünü və bədənində salamat yer qalmadığını etiraf edib.