Sumqayıtda Qadın Həmcinsini Bıçaqladı: Münaqişə Nəticəsində Yaralanma Hadisəsi Baş Verdi

Agah.az xəbər verir ki, Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Sumqayıt, bıçaqlanma, qadın, münaqişə, yaralanma, polis.