Göygöldə Dəm Qazı Faciəsi: Bir Ailədən Üç Nəfər Olmaqla Dörd Nəfər Həlak Oldu

Göygöldə Dəm Qazı Faciəsi: Bir Ailədən Üç Nəfər Olmaqla Dörd Nəfər Həlak Oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Göygöl rayonunun Aşıqlı kəndində dəm qazından zəhərlənmə nəticəsində dörd nəfər həlak olub. Həlak olanlar 1990-cı il təvəllüdlü S.Müseyibova, 1999-cu il təvəllüdlü S.Hüseynli, onun bacıları 2000-ci il təvəllüdlü M.Hüseynova və 2004-cü il təvəllüdlü X.Hüseynovadır.

Məlumata görə, onlar həmin evdə kirayə yaşayırmışlar. Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər: Göygöl, dəm qazı, zəhərlənmə, faciə, ölüm, ailə.

Dostuna göndər xəbərdən agah olsun: