Tovuzda çoban spirtli içkidən boğularaq öldü

Agah.az xəbər verir ki, Tovuz rayonunda çoban faciəli şəkildə həyatını itirib.
1984-cü il təvəllüdlü Ramin Kərəmov rayonun Qaraxanlı kəndi, Ceyrançöl ərazisində çobanlıq etdiyi yerdə qusma nəticəsində boğularaq ölüb. İlkin məlumata görə, o, spirtli içki qəbul edib.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, Ramin Kərəmovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Tovuz, çoban, spirtli içki, boğulma, ölüm, Ramin Kərəmov.