Casus proqramlarına görə həbs edilən Tural Əliyevin məhkəməsi başladı

Agah.az xəbər verir ki, Azərbaycanın və xarici ölkələrin kompüter sistemlərinə qanunsuz müdaxilə etməkdə ittiham olunan “Zeromap” MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihama görə, Tural Əliyev 2021-2024-cü illərdə casus proqramları əldə edərək fiziki və hüquqi şəxslərin mobil telefonlarına qanunsuz giriş imkanı yaradıb. O, ABŞ və İsrail şirkətlərinin məlumat sistemlərinə kiberhücumlar təşkil edib.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib və hazırladığı proqramların dövlət orqanlarına təqdim olunması üçün sınaqdan keçirildiyini bildirib.
Məhkəmə prosesinin növbəti iclası martın 18-də keçiriləcək.
Açar sözlər: Tural Əliyev, casus proqram, kibercinayət, Zeromap, məhkəmə, kiberhücum, casusluq.