Cəlilabadda heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Cəlilabadda heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda üç yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlayan şəxslər müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: