Fələstin səfiri Hikmət Hacıyev ilə vida görüşü keçirib

Fələstin səfiri Hikmət Hacıyev ilə vida görüşü keçirib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərim Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə vida görüşü keçirib.

Səfir diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbul üçün H.Hacıyevə təşəkkürünü bildirib.

Görüşdə Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, eləcə də gələcək perspektivlər müzakirə olunub.

Dostuna göndər xəbərdən agah olsun: