XİN: Ermənistan kommunikasiyaların açılmasında real addımlar atmalıdır

XİN: Ermənistan kommunikasiyaların açılmasında real addımlar atmalıdır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin “Armenpress” agentliyində kommunikasiyalara dair dərc olunmuş məqaləsinə münasibət bildirib.

O qeyd edib ki, əgər Ermənistan bölgədə kommunikasiyaların açılmasına həqiqətən maraqlıdırsa, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmamalı və yeni reallıqlara uyğun olaraq praktiki addımlar atmalıdır.

A.Hacızadə bildirib ki, Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat dəhlizinin açılması ilə bağlı Ermənistanın yazılı və imzalanmış öhdəlikləri var. Lakin bu öhdəliklər hələ də yerinə yetirilməyib.

O, həmçinin vurğulayıb ki, Ermənistan 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayıb və Naxçıvanı blokadaya salıb. 44 günlük Vətən müharibəsindən sonrakı dörd il ərzində də kommunikasiyaların açılması istiqamətində real danışıqlara müsbət töhfə verməyib.

XİN rəsmisi əlavə edib ki, Ermənistanın icrası çətin, uzun və qeyri-praktiki marşrutlar təklif etməsi, əslində, diqqəti əsas məsələdən yayındırmaq məqsədi daşıyır.

Dostuna göndər xəbərdən agah olsun: