Bakıda soyuducu təmiri sexində yanğın olub

Dostuna göndər xəbərdən agah olsun:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 kvadratmetrdən ibarət mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.
Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45