Martın 5-nə olan hava proqnozu açıqlandı

Agah.az məlumat verir ki, martın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi gündüz bəzi ərazilərdə arabir güclənəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz isə 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə dumanlı hava müşahidə ediləcək. Mülayim qərb küləyinin bəzi bölgələrdə arabir güclənəcəyi gözlənilir.
Rayonlarda temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz isə 3-8° isti müşahidə ediləcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlaya bilər.