Geoloji Kəşfiyyat Agentliyinin audit sorğusunun qalibi bəlli oldu

Agah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geoloji Kəşfiyyat Agentliyi 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı keçirdiyi kotirovka sorğusunu başa çatdırıb.
Sorğunun qalibi “Professional Financial Experts” MMC olub. Müqaviləyə əsasən, şirkətə audit xidmətlərinin göstərilməsi üçün 2 354 manat ödəniləcək.