Göyçayda Polis Əməliyyatı: Silahlı Şəxsdən 10 Kiloqram Narkotik Aşkarlandı

Göyçayda Polis Əməliyyatı: Silahlı Şəxsdən 10 Kiloqram Narkotik Aşkarlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışı əngəllənib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb.

Saxlanılan şəxsdən 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkar edilib. R. Babaşov narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə R. Babaşov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlar nəticəsində Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər: Göyçay, polis, əməliyyat, narkotik, marixuana, tiryək, heroin, həbs, cinayət.

Dostuna göndər xəbərdən agah olsun: