Lənkəranda yük avtomobili çaya düşdü, sürücü xəsarət aldı

Lənkəranda yük avtomobili çaya düşdü, sürücü xəsarət aldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az Apa-ya istinadən xəbər verir ki, Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sürücü xəsarət alıb. Hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində baş verib. Lənkəran rayonunun Göyşaban kənd sakini, 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkət zamanı sürüşərək təqribən 20 metr hündürlükdən Girdəniçaya düşüb.

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya sıyrılmış və didilmiş yaralarla yanaşı, kəllə-beyin travması diaqnozu qoyulub. İlk tibbi yardımdan sonra vəziyyəti orta ağır olan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

Kənd sakinləri bildirirlər ki, yolda torpaq qatı dağılıb və yolun eni yalnız 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb isə qarlı və sürüşkən yolda nəqliyyat vasitəsinin idarə olunmasının çətinləşməsi olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: