AFFA “Zirə” və “Neftçi”yə cərimə tətbiq etdi

AFFA “Zirə” və “Neftçi”yə cərimə tətbiq etdi
Dostuna göndər xəbərdən agah olsun:

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlərə görə “Zirə” və “Neftçi” klublarını cərimələyib.

Agah.az xəbər verir ki, “Zirə”nin beş futbolçusu “Araz-Naxçıvan”la oyunda (0:2) sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub. Bundan əlavə, azarkeşlərin hakimlərə qarşı təhqiramiz ifadələr işlətməsinə görə komanda 500 manat əlavə cərimə ödəyəcək.

“Neftçi”nin hücumçusu Bassalu Sambu “Kəpəz”lə görüşdə (1:0) qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya edilib, klub isə 1500 manat cərimələnib.

Açar sözlər: AFFA cərimə, Zirə cərimələndi, Neftçi cəza aldı, Azərbaycan Kuboku, Bassalu Sambu cəzalandı.

Dostuna göndər xəbərdən agah olsun: