Qazaxıstanın Baş naziri Heydər Əliyevin xatirəsini anıb

Qazaxıstanın Baş naziri Heydər Əliyevin xatirəsini anıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qazaxıstanın Baş naziri Oljas Bektenov martın 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Baş nazir Ulu Öndərin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Dostuna göndər xəbərdən agah olsun: