Bakıda metil spirtindən ölüm halları artır – Daha bir nəfər həyatını itirdi

Bakıda metil spirtindən ölüm halları artır – Daha bir nəfər həyatını itirdi
Dostuna göndər xəbərdən agah olsun:

Bakida daha bir nefer metil spirti içərək zəhərlənib və həyatını itirib.

Agah.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Məlumata görə, 43 yaşlı E.Zeynalov metil spirti qəbul edərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bu hadisə ilə son bir həftə ərzində Bakıda texniki spirt zəhərlənməsindən ölənlərin sayı 24-ə çatıb.

Açar sözlər: Bakıda metil spirti zəhərlənməsi, texniki spirt ölümü, Sabunçu rayonu, zəhərlənmə halları.

Dostuna göndər xəbərdən agah olsun: