Zelenski Londona səfər edib, Avropa liderləri ilə görüş keçirəcək

Zelenski Londona səfər edib, Avropa liderləri ilə görüş keçirəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Böyük Britaniyaya yola düşüb.

Məlumata görə, onun təyyarəsi Amerikanın Endrüs aviabazasından havaya qalxaraq Londonun Stansted hava limanına enib. Ağ Evdə keçirilən, lakin uğursuz alınan danışıqlardan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna liderləri ilə telefon əlaqəsi saxlayıb.

Martın 2-də Londonda Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü planlaşdırılır. Toplantıda Avropanın Ukraynaya verə biləcəyi zəmanətlər müzakirə ediləcək.

Dostuna göndər xəbərdən agah olsun: