Ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir

Agah.az xəbər verir ki, saat 09:00-a olan məlumata əsasən, respublika ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3, Naxçıvan MR-da 10, dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkənin bir sıra bölgələrində qar örtüyü formalaşıb. Ən yüksək qar örtüyü Qaxın Sarıbaş kəndində (75 sm) qeydə alınıb. Şamaxıda 45, Mingəçevir və Qəbələdə 44, Altıağacda 38, İsmayıllı, Lerik və Oğuzda isə 36 sm qar yağıb.
Şimal-qərb küləyi güclənərək Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Goranboy və Mingəçevirdə 23 m/s, Neftçalada 20 m/s, Tərtərdə isə 18 m/s-dək yüksəlib. Dənizdə dalğanın hündürlüyü isə 3.8 metrə çatıb.
Sinoptiklər hava şəraitinin yaxın günlərdə də soyuq və şaxtalı keçəcəyini proqnozlaşdırırlar.