Bakıda qarlı hava: Bakı-Sumqayıt yolunda hərəkət iflic olub

Agah.az xəbər verir ki, fevralın 28-də saat 23:30 radələrində Bakı-Sumqayıt yolunda, xüsusilə Şamaxinka istiqamətində qarlı və buzlu hava şəraiti nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.
Yolda buzlanma səbəbindən avtomobillərin hərəkəti iflic olub, sürücülər çətin vəziyyətdə qalıb.
Sürücülərə ehtiyatlı olmaları və sürət həddini minimuma endirmələri tövsiyə olunur.
Açar sözlər: Bakı-Sumqayıt yolu, qarlı hava, buzlu yol, yolun iflic olması, nəqliyyat problemləri.