Nəsimi rayonunda qaz təchizatı müvəqqəti dayandırılıb

Agah.az xəbər verir ki, Bakının Nəsimi rayonunda qaz sızmasının aradan qaldırılması və qaz xəttinin yenilənməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, 20 Yanvar küçəsi 32 ünvanında D76 mm-lik qaz xəttində sızma aşkarlanıb. Problemin aradan qaldırılması və qaz xəttinin PE63 mm-lik polietilen boru ilə əvəz edilməsi məqsədilə saat 14:00-dan etibarən qaz verilişi dayandırılıb.
Hazırda təmir-bərpa işləri davam edir. Bu səbəbdən 20 Yanvar və 5-ci mikrorayon ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranıb.