Bakıda avtomobildən 124 min manat oğurlayan şəxs tutulub

Bakıda avtomobildən 124 min manat oğurlayan şəxs tutulub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda avtomobildən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Nərimanov rayonunda bir şəxs polisə müraciət edərək avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pulun oğurlandığını bildirib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: