Martın 1-də Bakıda qar yağacaq

Agah.az xəbər verir ki, martın 1-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında qarın intensivləşməsi ehtimalı var. Axşam saatlarında yağıntı tədricən kəsiləcək, gün ərzində arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturunun gecə 3-5° şaxta, gündüz isə 0-3° şaxta olacağı bildirilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Açar sözlər: Bakı hava proqnozu, mart ayında qar, Abşeron yarımadası, şaxtalı hava, külək.