Sabunçu rayonunda fərdi yaşayış evi yanıb

Agah.az xəbər verir ki, Sabunçu rayonunun Zabrat-2 qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi ilə alov qısa müddətdə məhdudlaşdırılıb və yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Açar sözlər: Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, ev yanğını, FHN, yanğınsöndürənlər.