Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 142 manat müəyyən olunub. İddiaçılar təkliflərini 1 aprel 2025-ci il tarixinə qədər agentliyin Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər. Təkliflərə aprelin 1-də, saat 15:30-da həmin ünvanda baxılacaq.

Keçən il bu tenderin qalibi “RSM Azerbaijan” MMC olub və şirkətə 64,9 min manat ödənilib.

Dostuna göndər xəbərdən agah olsun: