Bakıda və bölgələrdə güclü şaxta gözlənilir
Agah.az xəbər verir ki, martın 1-dən 2-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Aran rayonlarında temperatur 3-8, dağlıq ərazilərdə 13-18, yüksək dağlıq zonalarda isə 19-24 dərəcə şaxta təşkil edəcək.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti səbəbindən bəzi yolların buz bağlayacağı bildirilir. Sürücülər və piyadalar diqqətli olmağa çağırılır.