Azad edilmiş rayonlarda buraxılış imtahanları keçiriləcək

Azad edilmiş rayonlarda buraxılış imtahanları keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək.

İlk dəfə imtahan təşkil ediləcək məktəblər:

  • Xankəndi şəhəri 4 nömrəli tam orta məktəb
  • Xocalı şəhəri 1 nömrəli tam orta məktəb
  • Şuşa şəhəri 1 nömrəli tam orta məktəb
  • Laçın rayonu Sus kənd tam orta məktəb

Bundan əlavə, buraxılış imtahanları ikinci dəfə aşağıdakı məktəblərdə təşkil olunacaq:

  • Laçın rayonu 2 nömrəli tam orta məktəb
  • Zabux kənd tam orta məktəb
  • Ağdərə rayonu Talış kənd tam orta məktəb

Ümumilikdə işğaldan azad olunan rayonlarda imtahanlar 7 binada keçiriləcək və 45 şagirdin iştirakı gözlənilir.

Martın 9-da isə Zəngilan rayon Ağalı kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları təşkil olunacaq.

Dostuna göndər xəbərdən agah olsun: